Dayanacağın gözətçisi yanaraq öldü

dayanacagin-gozetcisi-yanaraq-oldu
Oxunma sayı: 907

Bir neçə gün öncə yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilən şəxs vəfat edib.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, aprelin 11-də saat 01 radələrində paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində yerləşən avtodayanacağın gözətçi otağında yanğın baş verib.

Nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmiş gözətçi - Bakı şəhər sakini Hicran Mənsimov aprelin 14-də orada ölüb.

Murad Əhməd