Dayənin hamamda unutduğu körpə öldü - Ana xəstəxanalıq oldu

dayenin-hamamda-unutdugu-korpe-oldu
Oxunma sayı: 5208

Rusiyada ailə faciəsi baş verib.

“Qafqazinfo”nun Rusiya mediasına istinadən məlumatına görə, evlərdən birində çalışan dayə 5 aylıq uşağı vanna otağında unudub. Nəticədə körpə suda boğulub. Xəbəri eşidən 37 yaşlı ana Kseniya A. əsəb pozğunluğu keçirib və xəstəxanalardan birinin psixiatriya şöbəsinə  yerləşdirilib.

Qeyd edək ki, Kseniya 2 övladını dayəyə tapşıraraq işə yollanıb. Qadın uşaqları çimizdirmək qərarına gəlib. Əvvəlcə uşaqlardan birini vanna otağından çıxaran dayə 5 aylıq körpəni suda unudub. Qayıdarkən isə uşağın nəfəs almadığını görüb.

Faktla bağlı cinayət işi açılıb.