"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmü ilə Nahid Qədəşov 19 il, Əziz Qədəşov 19 il, Cahid Qədəşov isə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, keçən prosesdə dövlət itithamçısı çıxış edərək, məhkəmədən Nahid və Əzizin 20 il, Cahid isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, 2014-cü ilin avqustunda qardaşların bacısı gəlin getdiyi dayısı evindən küsüb öz evlərinə gəlib. Buna görə də 3 qardaş məsələni aydınlaşdırmaq üçün dayısıgilə gediblər. Ora çatandan sonra Nahid Qədəşov dayısından arvadını çağırmasını istəyib. Dayısı T.Abdullayev isə niyə arvadını soruşduğunu deyib. Nahidin “duza qoyacağam” cavabı davaya səbəb olub. Dayı bacısıoğluna bir sillə vurub. Bundan sonra isə Nahid dayısını və onun oğlu Rəhmanı bıçaqlayıb. Sonradan səs-küyə gələn dayısı arvadı Ülkər Abdullayeva da 9 bıçaq zərbəsi vurub. Ü.Abdullayeva hadisə yerində ölüb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər