Dayısının evindən pul oğurlayana 7 il həbs

dayisinin-evinden-pul-ogurlayana-7-il-hebs
Oxunma sayı: 845

Bakı Ağır Cinayətlər Məhkəməsində dayısının evindən pul və telefon oğurlamaqda təqsirləndirilən Arif Şükürov və dostu Pərviz Abışovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Cavid Hüseynovun icraatında olan prosesdə hökm oxunub. 

Məhkəmə kollegiyasının hökmü ilə onların hər biri 7 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, adıçəkilən şəxslər bu il aprelin 8-də Südçülük sovxozunda dayısı Baxşeyiş Əsədova məxsus mənzildən 5100 dollar, 1200 manat pul və 350 manat dəyərində "Samsung Galaxy” markalı mobil telefon oğurlamaqla ittiham edilirlər.

Murad Əhməd