DÇ-2018-ə gedəcək daha bir ölkə müəyyənləşdi

dc-2018-e-gedecek-daha-bir-olke-mueyyenlesdi
Oxunma sayı: 726

İran yığması 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatına vəsiqəni təmin edib.

“Qafqazinfo” xəbər verir ki, mundialın Asiya üzrə seçmə qrupunun növbəti oyununda Özbəkistanı 2-0 məğlub edib.

Qələbə sayəsində xalını 20-yə çatdıran İran yığmasının qrupda ilk iki yerdən birini tutacağı rəsmiləşib.

Qeyd edək ki, Rusiya ev sahibi olduğu üçün mundiala birbaşa vəsiqə qazanıb. Cənubi Amerika üzrə seçmə mərhələdə isə rəqiblərindən öndə olan Braziliya yığması DÇ-2018-ə vaxtından əvvəl yer ayırıb.

Fərid Ədalət