DÇ-2022-nin seçmə mərhələ oyunları təxirə salındı

dc-2022-nin-secme-merhele-oyunlari-texire-salindi
Oxunma sayı: 2082

Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatının Asiya bölgəsi üzrə mart və iyunda oynanılacaq seçmə mərhələ matçları təxirə salınıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb. Koronavirus səbəbiylə 23-31 mart və 1-9 iyunda  keçirilməli olan  qarşılaşmalar təxirə salınıb.

Qərarın Asiya Futbol Konfederasiyası və FİFA-nın qarşılıqlı razılaşması ilə qəbul edildiyi və oyunların hansı tarixdə keçiriləcəyi haqda yaxın günlərdə məlumat veriləcəyi bildirilib.