DÇ-də geyindiyi forma və əlcəklərini zəlzələdən zərərçəkənlərə bağışladı - Foto

dc-de-geyindiyi-forma-ve-elceklerini-zelzeleden-zerercekenlere-bagisladi
Oxunma sayı: 2380

Xorvatiya millisinin qapıçısı Dominik Livakoviç Türkiyədə baş verən zəlzələnin qurbanlarına forma və əlcəklərini bağışlayıb.

“Qafqazinfo” xəbər verir ki, Livakoviç 2022-ci il futbol üzrə dünya çempionatında Braziliya ilə 1/4 final matçında geyindiyi forma və əlcəkləri Türkiyənin Zaqrebdəki səfirliyinə təhvil verib.

Bu barədə Türkiyənin Zaqrebdəki səfiri Yavuz Səlim Kıran tviter hesabında yazıb:

“Xorvatiya millisinin qapıçısı Dominik Livakoviç komandasının yarımfinala çıxması üçün dünya çempionatında Braziliyaya qalib gəldiyi formanı, penaltilərdən xilas etdiyi əlcəklərini isə zəlzələdən zərərçəkənlərə verib”.