DÇ-nin rəsmi klipi yayımlandı

dc-nin-resmi-klipi-yayimlandi
Oxunma sayı: 2360

Beynəlxalq Futbol Federasiyası (FİFA) Futbol üzrə Dünya Çempionatının builki rəsmi klipini təqdim edib.

"Qafqazinfo" xəbər verir ki, çempionatın mahnısını "Qremmi" mükafatçısı Uil Smitt, Niki Cem və alban müğənni Era İstrefi ifa ediblər. "Live it up" ("Tam yaşa") adlı mahnını amerikalı bəstəkar Tomas Uesli Pents (Diplo) yazıb. 

Qeyd edək ki, Dünya Çempionatı 14 iyun-15 iyul tarixlərində Rusiyanın 11 şəhərində keçiriləcək.