De Byazi Azərbaycan yığmasını qorxaq və xaraktersiz adlandırdı

de-byazi-azerbaycan-yigmasini-qorxaq-ve-xaraktersiz-adlandirdi
Oxunma sayı: 5453

“Azərbaycan yığması ilə Malta və Latviyaya qarşı oyunlarda uduzsaq da, yeni sistemi sınadıq”.

“Qafqazinfo” “tuttomercatoweb.com”a saytına istinadən xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib.

İtaliyalı jurnalistin “Komandanızda mərkəz hücumçusu var” sualını mütəxəssis belə cavablandırıb: “Komandada çatışmazlıqlar var. Bunun fonunda nə qurduğumuzu dərk etməkdə çətinlik çəkirik. Problemin üzərində işləyirəm. Komanda ilə bağlı digər problem xarakterdir. Həmişə uduzursansa, daha az boyun əyməli, daha çox qürur və qətiyyət nümayiş etdirməlisən. Hələlik buna təsir edə və ruhumu qorxaq komandaya verə bilmirəm”.

De Byazi Millətlər Liqasında keçirəcəkləri oyunlardan da danışıb: “Yığmalarla bağlı problemlər mövcuddur. 12 gün ərzində Millətlər Liqasında 4 oyun keçirəcəyik. Bunu edəcək futbolçularım belə yoxdur. Bəzi şeylər bizi təəccübləndirir”.