De Byazi favoritlərini açıqladı

de-byazi-favoritlerini-aciqladi
Oxunma sayı: 1805

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Avropa çempionatındakı favoritlərini açıqlayıb.
 
“Qafqazinfo” xəbər verir ki, 65 yaşlı mütəxəssis İtaliya, İngiltərə, Fransa və Belçikanı fərqləndirib. O,  İngiltərənin Xorvatiyanı 1:0 hesabı ilə yendiyi görüşün kifayət qədər darıxdırıcı alındığını, amma qələbənin layiqli olduğunu vurğulayıb. De Byazi Belçika yığmasının Rusiyanı 3:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada dubl edən Romelu Lukakunu qeyri-adi və fiziki baxımdan qarşısıalınmaz futbolçu adlandırıb.
 
Baş məşqçinin fikrincə, İtaliyanın Türkiyəyə 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanı əsas tutaraq, bununla kifayətlənməmək və müəyyən hesablamalar aparmamaq lazımdı: “İtaliya çox yaxşı oynayır və topa sahib olur. Bu, baş məşqçinin istəyini çətinlik çəkmədən yerinə yetirən komandadı”.
 
İtaliyalı mütəxəssisin dördüncü favorit komandası olan Fransa millisi ilk görüşünü iyunun 15-də Almaniyaya qarşı keçirəcək.