De Byazi, Honda və Elxan Məmmədov Ağdamda - Fotolar + Video

de-byazi-honda-ve-elxan-memmedov-agdamda
Oxunma sayı: 2813

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi “Neftçi”nin futbolçusu Keysuke Honda və AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla birlikdə işğaldan azad olunmuş Ağdama səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Honda öz instaqram hesabında paylaşım edib.

“Mən dünən “Qarabağ”a qarşı oynadım. Əslində, “Qarabağ” klubu öz ev oyunlarını məhz indi mən olduğum bu meydanda - Ağdamın “İmarət” stadionunda keçirməli idi. Ümid edirəm ki, burada futbol tezliklə bərpa olunacaq”, - deyə o qeyd edib.