De Byazi postunda qaldı

de-byazi-postunda-qaldi
Oxunma sayı: 2049

Canni De Byazi milli komandamızın baş məşqçi postunda qalıb. Bu barədə AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundov məlumat verib.

“Qafqazinfo” xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin az öncə başa çatan iclasında belə qərara gəlinib. Hesabat verən italiyalı mütəxəssis işinə davam edəcək.

AFFA-nın tezliklə rəsmi açıqlama verəcəyi gözlənilir.