“Ayaks”ın müdafiəçisi Matteys de Liq Turinin “Yuventus” komandasına keçə bilər.
“Qafqazinfo” “Sovetski sport”a istinadən xəbər verir ki, jurnalist Cankuli Di Marsionun rəsmi saytının məlumatına görə, oyunçu İtaliya çempionatına keçməyə yaxındır.
Transferin qiyməti 70 milyon avro, illik maaşı isə 20 milyon avro təşkil edəcək.
“Yuventus”un idman direktoru Fabio Paratiçi həm oyunçular, həm də “Ayaks”la danışıqlar aparmaq niyətindədir.
Son xəbərlər
Son Xəbərlər