Cümə günü “Calabasas Dior Cruise” gələn il üçün nəzərdə tutulan kolleksiyasının təqdimatı olub.
“Qafqazinfo” xəbər verir ki, moda şousunda Rihanna, Kate Bosworth, Miranda Kerr, Kelly Rowland və başqaları iştirak edib.
Kürk və cinsin vəhdəti ilə özündə bir obraz yaradan Rihanna yenə izdiham yaradıb. 29 yaşlı pop ulduz öz unikal görünüşü ilə diqqəti cəlb edib.
Bundan əlavə, moda nümayişi digərlərindən fərqli olaraq şəhərdən kənar baş tutub, açıq havada reallaşıb. Təqdimatda ənənəvi olan qırmızı xalçadan istifadə edilməyib.




















Son xəbərlər
Son Xəbərlər