Dəbli qocalardan rəngarəng - Fotosessiya

debli-qocalardan-rengareng
Oxunma sayı: 3210

San-Diyeqolu fotoqraf Ari Seth Cohen qadınların hər yaşda dəbli görünə biləcəyini göstərmək üçün yeni bir layihə hazırlayıb.

“Qafqazinfo” xəbər verir ki, fotoqrafın “Qabaqcıl dəb” adlanan layihəsi üçün 59-102 yaş arası qadınlar kamera qarşısına keçib.

Daha çox modellərin yer aldığı layihə üçün Ari müxtəlif ölkələri gəzib. Keçmiş modellər rəngarəng libasları, zərif və eleqant görüntüləri ilə yaşın dəbə və gözəlliyə heç bir təsirinin olmadığını göstərib.

“Həyatı sevərək yaşayırsınnızsa, o, çox maraqlıdır. Can sıxıntısı deyə bir şey yoxdur, yaşamamaq var”.

Fotoqraf çəkdiyi qadınlardan 22-nin həyat hekayəsini kitab halında çap edib.

Günel Hacı