“Qafqazinfo”nun FHN-ə istinadən verdiyi xəbərə görə, Xətai rayonunda “DƏDƏMİN” avtoservisində təmirə dayanmış sahibi məlim olmayan “NİSSAN” markalı minik avtomobil, “RANGE ROVER” markalı minik avtomobilinin arxa hissəsi və avtoservisə bitişik avtomobil ehtiyatları mağazası yanıb.
Mağazada olan 2 ədəd “SUZUKİ” markalı və 3 ədəd “HARLEY DAVİDSON” markalı motosikletlər də yanıb.
Təmirə dayanmış “RANGE ROVER” markalı avtomobilinin qalan hissəsi, 6 ədəd minik avtomobili, mağazada olan 1 ədəd motosiklet və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 03:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər