“Dedi ki, 5 min dollar verir, xanım gəlib stolda otursun”

“Dedi ki, 5 min dollar verir, xanım gəlib stolda otursun”
Oxunma sayı: 3637

“Əsgər adlı dostumuz var, bizi qonaq çağırmışdı. Gəlib gördük ki, məclisdə başqa insanlar da var. Bir xanım müğənni də bizimlə oturmuşdu. Başqa masada əyləşən adam xəbər yolladı ki, 5 min dollar verirəm, xanım gəlib bizim stolda otursun”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev “5-də 5” proqramında qonaq olarkən deyib.

Sənətçi bir müddət bundan əvvəl başına gələn hadisədən söz açıb:

“Oxumaq üçün yox, oturmaq üçün bu pulu verirdi. Yəqin ki, özünü göstərmək istəyirdi. Mənə də maraqlı idi ki, xanım gedib oturacaq, ya yox? Vallah, elə sifət göstərdi ki, dedim sənə Füzuli çörəyi halal olsun. Ləzzət elədi! Durub getsəydi pis olacaqdım. Bəlkə də, kimsə pulun xatirinə gedib oturacaqdı”. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi