“Dedi ki, acından ölürlər, içməyə su tapmırlar...”

dedi-ki-acindan-olurler-icmeye-su-tapmirlar
Oxunma sayı: 2569


“Mən heç kimi övladlığa götürmürəm, bu yanlış informasiyadır. Bir dostum Afrika ölkələrinin birində səfir işləyir. Onun xanımı zəng edib dedi ki, İlhamə xanım, buradakı uşaqlar acından ölür, içməyə su tapmırlar, xəstəliklərə tutulublar.  Xanıma dedim ki, uşaqlardan birini himayənə götür və nə vəsait lazım olsa, göndərəcəm.  Ordakı uşaqların birinin bütün ehtiyaclarını ödəyəcəm. Afrikada gündə 150 nəfər ölür.  Mən türk dünyasının sənət kraliçasıyam, bütün dünyaya məxsusam. Dünya ulduzları da belə bir addım atır. Onlar edə bilirsə, bizdə edə bilərik. Mənim bu xeyirxah əməlimi qınayanlara ayıb olsun, artıq danışmasınlar, məhkəməyə verərəm. Məni qınayanlar övladlarını qarşılarına qoyub düşünsünlər”. 

Könül