“Dedi ki, AzTV mənə “zapret” qoyub” - Yenilənib

dedi-ki-aztv-mene-zapret-qoyub
Oxunma sayı: 5650

Müğənni Nura Suri AzTV-də efir qadağasına məruz qaldığını iddia edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb.

Sənətçi, eyni zamanda aparıcı Hüsniyə Məhərrəmovanın feysbukda yazdığı statusa görə işdən kənarlaşdırıldığını qeyd edib:

“Bir dostum zəng etdi ki, AzTV, Mədəniyyət TV məni “zapret”ə qoyub, bir çox tədbirlərə də dəvət olunmayacağam. Niyə? Hüsniyə Məhərrəmovanı da yazdığı statusa görə işdən çıxarıblar. Demokratiya sözünün mənasını bilirsiniz? Demokratik ölkədə yaşayırıq biz”.

“Qafqazinfo” mövzu barədə AzTV ilə əlaqə saxlasa da, kanal ittihamlara cavab verilməyəcəyini bildirib.

***

Aparıcı Hüsniyə Məhərrəmova “Qafqazinfo”ya açıqlama verərək məlumatı təkzib edib:

“Status yazanda AzTV-nin işçisi deyildim. Verilişi aparırdım, amma işdən çıxmışdım. Statusdan sonra hələ bir ay da yerimə adam tapılana qədər proqramı apardım”.

Qeyd edək ki, H. Məhərrəmova bir müddət əvvəl AzTV ilə yollarını ayırdığını, başqa bir sahədə çalışacağını açıqlamışdı.