“Dedilər ki, düşün anan ölüb…”

dediler-ki-dusun-anan-olub
Oxunma sayı: 3928


“Qafqazinfo”nun məlumatına görə, ifaçı verilişin aparıcıları Pelin Çini ile  Salih Keçecinin  suallarını cavablandırıb. 

 “Müğənni olmasam, yenə də incəsənət adamı olardım.  Yağlı boya ilə şəkil çəkirəm, rəssam da ola bilərdim. Rəqslə, folklorla məşğul oluram. Dedektiv və ya vəkildə olmaq istəyirdim. Hər şeylə maraqlanıram. Lakin  dedi-qodu etməyi sevmirəm, başqasının arxası ilə danışmaq mənə yaraşmaz”-, deyən ifaçı daha sonra uşaqlıq xatirələrindən danışıb:

“On iki yaşımda Türkiyəyə gəldim, ilk olaraq “Didem” mahnısını ifa etdim, klip çəkdirdik. Bir müddət sonra ”Beni anneme götürün” mahnısını yazdırmaq üçün studiyaya getdim, mahnını duyğusal oxumalıydım. Dedilər ki, düşün anan ölüb. On üç yaşım vardı, ağlamağa başladım, dedim oxumayacam. Ağlaya –ağlaya  oxudum. İbrahim Tatlısesi aldatmaq olmur”.