“Qarabağ”ın futbolçusu Dino Ndlovu onu tənqid edənlərə cavab verib.
“Qafqazinfo” xəbər verir ki, cənubi afrikalı hücumçu öz "instagram" hesabından etdiyi paylaşımda aşağıdakı fikirləri qeyd edib:
“Yadımdadı, onlar mənə deyirdilər ki, sən yaxşı oyunçu deyilsən. Amma hansı şəraitdə oluramsa-olum, heç vaxt ruhdan düşmədim, məqsədimə doğru getdim”.
Qeyd edək ki, 27 yaşlı forvard "Qarabağ"a mövsümün əvvəlində Kiprin "Anortosis" klubundan transfer olunub. O, Ağdam təmsilçisinin heyətində 11 qol vurub.

Son xəbərlər
Son Xəbərlər