"Qafqazinfo" Virtualaz.org saytına istinadən xəbər verir ki, bunu AXCP sədri Əli Kərimli müşaviri Zərifə Məhəddinova deyib.
Z.Məhəddinova AXCP sədrinin bir neçə gün əvvəl itefa verən müavini Razi Nurullayevin istefasına haqq qazandıraraq onu müdafiə edib.
R.Nurullayevin partiyaya və Əli Kərimliyə qarşı səsləndirdiyi ittihamları dəstəkliyən Z.Məhəddinova onun da vaxtı ilə şantaj edildiyini deyib: “Mənə dedilər ki, gücümüzü bilirsən. Bir də Əli Kərimli və Gözəl Bayramlını tənqid etsən bütün saytlar, bütün qəzetlər səndən yazacaq. Sənin qızlarının və özünün şəkillərin hər yeri bəzəyəcək . Bax onda dilini qarnına qoyub susacaqsan”.
Z.Məhhəddinova bu şantaj məktubunun onda olduğunu və şübhəsi olan cəbhəçiyə təqdim edə biləcəyini qeyd edib: “Bu məktub əlimdədir. Məktubu çap edərdim. Lakin məktubda o qədər söyüş, o qədər tərbiyəsiz ifadələr var ki, özümə yaraşdırmadım. Şübhəsi olan varsa, təqdim edə bilərəm”.
Qeyd edək ki, Z.Məhəddinova ötən ilin fevralında partiya sıralarından uzaqlaşdırılıb.
Əli Kərimlinin sərəncamı ilə AXCP sədrinin müşaviri vəzifəsindən azad edilən Z.Məhəddinova mətbuata açıqlamasında bunları demişdi: “Heç bir problem yoxdur. Belə məsləhət bilib hörmətli sədrimiz və qərar verib. Sayğı duyuram. Heç bir problem yoxdur”.
Son xəbərlər
Son Xəbərlər