“Qafqazinfo” xәbәr verir ki, bu sözlәri “Qarabağ”ın vitse-prezidenti Tahir Gözәl deyib.
Topaz Premyer Liqasının XXIII turunda keçirilәn “Neftçi” – “Qarabağ” oyununun fasilәsindә jurnalistlәrlə söhbətində klub rәsmisi UEFA-nın Avroliqanın qrup mәrhәlәsinin son oyununda “İnter”ə qarşı keçirilәn oyunda vurduqları qolun qeydә alınmaması ilә bağlı şikayәti rәdd etmәsindәn danışıb: “Tam istәyimizә nail ola bilmәdik. UEFA ilk şikayәtimizi rәdd etdi. Amma biz dalınca düşdük vә apelyasiya şikayәti verdik. Yenә istәyimizә tam çatmadıq. Lakin müәyyәn qәdәrinә nail olduq. Qitә futbol qurumunun rәsmilәri bizә dedilәr ki, siz düz deyirsiz, haqlısız amma artıq “Dnepr” sabah növbәti oyununa çıxacaq. Gecdir”.
Tahir bәy “İnter”lә oyunun baş hakimi Miroslav Zelinkanın yanlış qәrarının “Qarabağ”ın reklamında da müәyyәn qәdәr rol oynadığını bildirib: “Hakim haqsızlığına tuş gәlmәyimiz bizim Avropada hәtta başqa qitәlәrdә dә tanınmağımızda rol oynadı. İtaliya, Rusiya, Ukrayna, hәtta Ermәnistan da bununla bağlı yazdı. Lakin biz istәrdik ki, qrupda oynayıb elә tarixә keçәk. Azәrbaycan futbolunda şanlı sәhifә yazaq. Amma olmadı. İnanıram ki, növbәti illәrdә olacaq”.
Elsevər
Son xəbərlər
Son Xəbərlər