“Dedim, bu müğənnilər indi at oynadırlar”

dedim-bu-mugenniler-indi-at-oynadirlar
Oxunma sayı: 1923

Xalq artisti Səməd Səmədov “Günə baxan” verilişinin qonağı olub. “Qafqazinfo”nun məlumatına görə, xalq artisti bir müddət müğənnilik edən oğlu Anardan danışıb:

“Anar oğluna mənim adımı verib. Bir müddət müğənnilik etdi, daha sonra sənətdən uzaqlaşdı. Yaxşı oxumaqla, güclü savadlı oxumağın fərqi var. Hamı yaxşı oxuya bilər, savadlı oxumaq ayrı şeydir. Qarşısına Elton Hüseynəliyev, Elnur Məmmədov, Ayaz Qasımov, Samir Piriyevin diskini qoydum. Dedim ki, oğlum, mən neçə ildir “toylar kralı”yam. Bu müğənnilər nəinki sənin kimi zəifləri, məni də bu sənətdə məhv edə bilər. Hər sənətkar bu sözü deməz. O müğənnilər meydana gəldilər, hamını məhv etdilər, indi at oynadırlar. Anar yaxşı ki, o vaxt onu müğənnilikdən uzaqlaşdırdığımı deyir”.

Könül