“Dedim ki, bu tam evləniləcək adamdır”

dedim-ki-bu-tam-evlenilecek-adamdir
Oxunma sayı: 1705


 “Qafqazinfo”nun məlumatına görə, müğənni evliliyi və həyat yoldaşı haqda danışıb: 

“Serkan qonşum idi. Yeni evimə yeddi ay əvvəl köçmüşəm. Liftdə qarşılaşıb, bir-birimizlə salamlaşırdıq. Sonra idman salonunda salamlaşmağa başladıq.  Bir gün evimizin altındakı kafedə bir qəhvə içdik, söhbət etdik. İçimdədedim ki, bu tam evləniləcək adamdır. Məgər o da mənim üçün eynisini düşünüb. Onsuz uzun illərdir məni çox bəyənirmiş. Qarşıma keçib “Mən hazıram evlənməyə" dedi. Mən də razılaşdım. Ailə arasında bir nikah etdik”. 

İfaçı hamilə olması haqda yayılan xəbərlərə də aydınlıq gətirib:

“İki ay içində evləndik. Hamilə deyiləm, inşallah olaram. Həyat yoldaşımla ikimizdə sağlamıq. İnşallah Allahım bizə əkiz övlad verər”. 

Dinçöz illər öncə dediyi “Evdə tüklü başmaq, pijama geyinib otururam” sözlərindən də bəhs edib:

“Tüklü başmaqlar artıq  yoxdur. Evdəki Petek artıq çox seksualdır.  Baxımlı olmağı sevirəm. Deyirəm yeni bir mən doğulub. Türkiyənin musiqi dünyasında ən gözəl qadın mənəm. Bir də Sibel Can çox gözəldir”.  Daha iddialı olan varsa, qarşıma çıxsın”.