“Dedim, məktub yazmıram, oğlum onu almamış gələcək” - Video

dedim-mektub-yazmiram-oglum-onu-almamis-gelecek
Oxunma sayı: 2132

“Orada üç gün yaralı qalanda həyatım gözümün qabağından keçdi, anam gözümün qabağından keçdi. Döyüş yoldaşlarımı fikirləşdim, onlardan narahat idim”.

“Qafqazinfo” xəbər verir ki, bunu Vətən Müharibəsinə həsr olunmuş “BİZ” filmində müharibə zamanı əsir düşən, daha sonra azad edilən Amin Musayev deyib.

O, əsir düşməsini belə xatırlayır:

“Ermənilərin gəldiyini gördüm. Gördüm, kimsə boynumun arxasından məni tutdu. Məni sürüməyə başladı. Məni təpədən aşağı sürüyüb atdı. Nalayiq ifadə işlətdi, mən də cavabını verdim. Silahın qundağı ilə alnıma vurdu”.

Onun anası Hicran Sadıqova da həmin günləri xatırlayıb:

“Mənə oğlumun məktubunu vermək istədilər. Almadım əlimə. Dedilər sənin oğlundur, onun yazısıdır? Dedim, hə. Kağızdan oğlumun qoxusunu aldım.

Məndən ikinci məktub yazmağımı istəyəndə dedim, yazmıram, oğlum məktubu almamış gələcək”.