Dünyaca məşhur aparıcı, komediya aktrisası Ellen Degeneres illər sonra Amerika KİV-lərinə şok açıqlama verib. “Qafqazinfo” xəbər verir ki, Ellen anasının mənfi xarakterə sahib biri ilə evləndiyini iddia edib.
Aparıcı ögey atası tərəfindən dəfələrlə zorlandığını qeyd edib. Ellen hadisələrin anasının xərçəngə tutulmasından sonra başladığını bildirib: “Betty DeGeneresə döş xərçəngi diaqnozu qoyulmuşdu. Şəhərdən kənara gedirdi, o isə yanıma gəlirdi. Dəfələrlə bu əməlini təkrarladı”.
Son xəbərlər
Son Xəbərlər