“Dəfələrlə problemlə üzləşdik”- - Qurban Qurbanov

defelerle-problemle-uzlesdik-
Oxunma sayı: 930


”Qafqazinfo” xəbər  verir ki, "İnter Arena"da baş tutan qarşılaşmanın final fitinin ardından qonaqların baş məşqçisi Qurban Qurbanov fikirlərini bölüşüb: "Həqiqətən ağır bir mövsümü geridə qoyduq. Çox şadam ki, bu rəhbərlik, futbolçular və azarkeşlərlə 2 il ardıcıl çempionluğu yaşadıq. Ölkə kubokunu da başımız üzərinə qaldırmağı düşünürük. Bundan sonra bir neçə gün istirahət edəcəyik. Ondan sonra "Neftçi" ilə keçiriləcək həlledici oyunu fikirləşəcəyik. Düzdü, əsas heyət üzvlərinə istirahət versək də, az forma şansı qazanan futbolçular üçün yoxlama görüşünün təşkilini planlaşdırmışıq".

Mütəxəssis komandanın bu il avrokuboklarda necə çıxış edəcəyinə belə izah verdi: "Avrokuboklara da çox ciddi hazırlaşacağıq. Oyunumuzu yaxşılaşdırmağa, komandamızı isə formalaşdırmağa çalışacağıq. Uğurlu çıxış edəcəyimizə inanıram".

Qurbanov yeni transferlər Elvin Məmmədov və Coşqun Diniyevdən də söz açıb: "Hər iki futbolçunun çıxışını izləyirdik. Elvini əvəlcədən də tanıyırdıq. Bu il heyətimizdə xeyli problemlərimiz oldu. Dəfələrlə oyunçu azlığı ilə bağlı problemlə üzləşdik. Bu üzdən futbolçularımızın sayının artmasına qərar verdik. Düşünürəm ki, hər ikisi "Qarabağ" üçün faydalı olacaq. Qarşıda daha bir neçə transferlər də ola bilər".