“Dəfələrlə xarici investorların sərmayələri əlindən alınıb”

defelerle-xarici-investorlarin-sermayeleri-elinden-alinib
Oxunma sayı: 2710

“Neft və qaz sektorundan başqa Azərbaycanda digər sahələrə xarici investisyalar cəlb oluna bilmir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa yeni hazırlanan “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili qeyd edib ki, bu qanunun Azərbaycanda tətbiq olunması üçün real zəmin yoxdur: “Bu mənə “Məişət zorakılığı haqqında” Qanunu xatırladır. Qanun var, amma icra olunmur. Biz qanun məsələsindən qabaq mühit məsələsini həll etməliyik. Dəfələrlə olub ki, xaricdən gələn investorların yatırdığı sərmayələr  əllərindən alınıb”.

Eldar Tanrıverdi