Dəfnədən Cem Yılmaza ismarıc - Fotolar

defneden-cem-yilmaza-ismaric
Oxunma sayı: 2828

2 illik münasibətdən sonra aktyor-yumorist Cem Yılmazdan ayrılan aparıcı-müğənni Dəfnə Samyeli sosial şəbəkə paylaşımı ilə gündəm olub.

“Qafqazinfo” xəbər verir ki, qara tül libaslı fotolarını İnstaqram səhifəsinə yerləşdirən Dəfnə “Sen yalancı son bahar” mahnısını oxuduğu video da çəkib. Samyelinin bu paylaşımları Cemə ismarıc kimi qəul edilib.

Xatırladaq ki, Dəfnə ilə Cemin aktrisa Serenay Sarıkaya üzündən ayrıldığı iddia edilir.