“Deha” çəkilişlərindən ilk paylaşımını etdi - Foto

deha-cekilislerinden-ilk-paylasimini-etdi
Oxunma sayı: 3223

Türkiyənin məşhur aktyoru Aras Bulut İynemli yeni mövsümdə “Deha” serialı ilə tamaşaçıların qarşısına çıxacaq.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, İynemli “Ay Yapım”ın istehsal etdiyi serialda “Devran Karan” obrazını canlandırır.

Umut Aralın rejissorluq etdiyi serialın çəkiliş meydançasından foto paylaşan İynemli “Xeyirli, uğurlu, hüzurlu olsun... Həyatıma xoş gəldin Devran Karan” şərhini yazıb.

Qeyd edək ki, Aktyor daha öncə “Çukur”, “İçeride”, “Maral”, “Atatürk” kimi baxımlı seriallarda rol alıb.