Dəhşət: ata işıq pulunu ödəmək üçün qızını satır- - Video

dehset-ata-isiq-pulunu-odemek-ucun-qizini-satir-
Oxunma sayı: 4664


6 il əvvəl ürəyində və böyrəyindəki problemlər üzündən işdən çıxan Hamet Ayın 2001-ci ildən bu yana elektrik enerjisinə 8 min 137 lirə (təxminən 3700 dollar) borcu yaranıb. Ona borc ödənilməyəcəyi təqdirdə evinin əlindən alınacağına dair xəbərdarlıq məktubu gəlib.

 “Qafqazinfo” xəbər verir ki, Hamet Ay borcunu ödəmək üçün 14 yaşlı qızını ərə verməyə hazırlaşır. Məlum olub ki, o, bir neçə il əvvəl başqa qızını da pul müqabilində 13 yaşında ərə verib. Ana Zəhra Ay isə həyat yoldaşı işləmədiyindən övladlarını işləmələri üçün məktəbdən çıxardıqlarını etiraf edib.

Ərə verilmək üzrə olan 14 yaşlı Gülər ərə getmək istəmədiyini, amma ailəsinin buna məcbur olduğunu bildirib. APA TV