Dəhşətli qəzada ölən sürücü məşqçi imiş - Foto

dehsetli-qezada-olen-surucu-mesqci-imis
Oxunma sayı: 5435

Göygöldə baş verən ağır qəzada vəfat edən sürücü məşqçi olub.

“Qafqazinfo” Unikal.org-a istinadən xəbər verir ki, ölən sürücü, 1997-ci il təvəllüdlü Orxan Hümbətov cüdo üzrə məşqçi olub.

Qeyd edək ki ötən gün gecə saatlarında Bakı-Qazax magistral yolunun Göygöl rayon ərazisindən keçən hissəsində “VAZ-2107” ilə “DAF” markalı yük maşının toqquşması zamanı 1 uşaq olmaqla 6 nəfər ölüb.

Həmçinin oxuyun: Göygöldəki hadisədə ölən 6 nəfər istirahətdən qayıdırmış - Təfərrüat