Dəhşətli qəzada ölənlərin adları məlum oldu - Fotolar

dehsetli-qezada-olenlerin-adlari-melum-oldu
Oxunma sayı: 2895

Əfsanəvi futbolçu Kobi Brayantın həlak olduğu helikopter qəzasında ölənlərin adları açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, Kobi ilə yanaşı qəzada 13 yaşlı qızı Cianna Brayant da olub. Bundan başqa, Cianna Brayantın oynadığı klubdan komanda yoldaşı Alissa Altobelli, onun atası Con və anası Kerri olub.

Beyzbol məşqçiləri Kristina Mauzer, Sara Çester və qızı Peyton Çester də helikopterdə həlak olanlar arasındadır.

Pilotun da kimliyinə aydınlıq gəlib. Bu, Ara Zobayandır.