Dəhşətli qəzada yaralananların vəziyyəti ilə bağlı açıqlama

dehsetli-qezada-yaralananlarin-veziyyeti-ile-bagli-aciqlama
Oxunma sayı: 5536

Bu gün Hava limanı-Bilgəh yolunda baş verən ağır qəzada yaralananların vəziyyəti orta ağırdır.

Bu barədə “Qafqazinfo”ya 3 saylı Şəhər Klinik Xəstəxanasından məlumat verilib. Bildirilir ki, bütün xəstələr reanimatoloq, cərrah və travmatoloqların nəzarətindədir. Onların vəziyyəti orta ağır qiymətləndirilir.

Qeyd edək ki, baş vermiş qəza nəticəsində 3 nəfər vəfat edib, 6 nəfər xəsarət alıb.

Günel Türksoy