Dekabrda itən 11 yaşlı Rasimin axtarışı davam edir - Video

dekabrda-iten-11-yasli-rasimin-axtarisi-davam-edir
Oxunma sayı: 3946

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən 26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları davam etdirilir.

Bu barədə “Qafqazinfo”ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin təlimatçı-kinoloqlarla birgə xüsusi təlim görmüş itlərdən ibarət qrupu və Muğan Regional Mərkəzinin qüvvələri cəlb olunmaqla uşağın itkin düşdüyü ehtimal olunan istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilir. Əlavə məlumat veriləcək.