Dekabrın ilk ongünlüyü üçün ən soyuq günlər açıqlandı

dekabrin-ilk-ongunluyu-ucun-en-soyuq-gunler-aciqlandi
Oxunma sayı: 10849

“Dekabr ayının 3-dən yağıntılı hava gözlənilir. Yağıntılar ayın 7-nə kimi davam edəcək. Paytaxtda bu müddət ərzində ən soyuq havanın ayın 4-dən 6-na kimi olacağı gözlənilir”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı”nda bildirib.

O qeyd edib ki, bu il dekabr ayının əvvəli daha çox tutqun keçəcək, fasilələrlə yağıntı olacaq, əsasən şimal və şərq rayonlarında yağıntıların daha intensiv olacağı gözlənilir.

U. Tağıyeva əlavə edib ki, son 100 il ərzində dekabr ayında rekord göstərici 1940-cı ildə dekabrın 11-də müşahidə olunub. O zaman temperatur 27, 1 dərəcə qeydə alınıb. 2021-ci ildə temperatur bu göstəriciyə yaxınlaşaraq 26 dərəcə olub: “Son 21 il ərzində ən isti dekabr ayı 2010-cu ildə olub. Bu il dekabrın ilk günündən temperaturun iqlim normasından 2,3 dərəcə aşağı düşməsini müşahidə etmişik. Lakin bu ən aşağı temperatur deyil”.

Gülnar Əliyeva