Dələduz “FHN”çi dəmiryolçu çıxdı - - Foto

deleduz-fhnci-demiryolcu-cixdi-
Oxunma sayı: 2046


“Qafqazinfo” xəbər verir ki, bu barədə “Report”a Nəsimi RPİ-dən məlumat verilib. Əməliyyat zamanı 55 yaşlı Məhərrəmov Əlövsət Əvəz oğlu saxlanılıb. O, vətəndaşları aldadaraq onlardan FHN-ə işə düzəltmək adı ilə pul alıb. Ümumilikdə bu üsulla vətəndaşların 10 min manatdan artıq pulunu mənimsəyən Ə.Məhərrəmov barəsində cinayət işi başlanılıb, istintaq davam edir.

Ə.Məhərrəmov “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağının Mülki Müdafiə Qərargahının rəisidir. QSC-dən “Report”a bildirilib ki, hazırda Ə.Məhərrəmovun səlahiyyətləri QSC-də mühəndis vəzifəsində çalışan Vüsal Məmmədova həvalə olunub.