Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Namiq Budaqovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə N.Budaqov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, N.Budaqov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.
Son xəbərlər
Son Xəbərlər