Dələduzluğa məruz qalan qız pulunu ala bildi

deleduzluga-meruz-qalan-qiz-pulunu-ala-bildi
Oxunma sayı: 3346

Bir neçə gün öncə “Qafqazinfo”da xaricdə təhsil şirkətinin dələduzluğuna məruz qalan Zeynəb Fərəclinin şikayəti dərc olunmuşdu.

Redaksiyamıza müraciət edən gənc qız “Company of Education & Outsourcing – CEO” şirkətinin rəhbərliyi tərəfindən saxta sənədlə aldadıldığını söyləmişdi. O, ödədiyi 750 manat məbləğini də geri ala bilmədiyini qeyd edirdi.

“Qafqazinfo”da yazı işıqlanandan sonra Zeynəbin problemi həll olunub. Şirkət 750 manatı Zeynəb Fərəcliyə qaytarıb. Zeynəbin sözlərinə görə, onunla birgə şirkət tərəfindən aldadılan digər 10 nəfər də pulunu geri alıb.

Günel Hacı