Dələduzluqda ittiham olunanlara hökm oxundu

deleduzluqda-ittiham-olunanlara-hokm-oxundu
Oxunma sayı: 1256

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət almaqda təqdirləndirilən Məhəmməd Vəliyev və Cavan Əhmədova hökm oxunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə hər iki şəxsə şərti cəza verilib və onlar istintaq zamanı həbs edilmədikləri üçün sərbəst qalıblar.

Təqdirləndirilən şəxslərdən – M.Vəliyev Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri, C.Əhmədov isə sədr müavini olub. Onlar rüşvət alma, dələduzluq, vəzifə saxtakarlığı və saxta sənəd hazırlamada ittiham edilirlər. Dövlət tərəfindən veteranlara ayrılan torpaq adıçəkilən iki şəxs tərəfindən kənar şəxslərə satılıb. 

Murad Əhməd