Dələduzu tutdular

deleduzu-tutdular
Oxunma sayı: 689

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Hafiz Şıxməmmədov noyabrın 12-də tutulub.

Noyabrın 8-nə keçən gecə Zabrat qəsəbəsi Məmmədyarov küçəsində yaşayan Dostəli Əliyevə məxsus “VAZ-2102” markalı avtomobildən akkumlyator oğurlanıb. Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakini Emin İsmayılov noyabrın 12-də yaxalanıb.

Noyabrın 11-də Təbriz küçəsində Sərxan Allahverdiyevə məxsus “VAZ-2104” markalı avtomobilin yük yerindən 30 ədəd spirtli içki oğurlanıb. Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakini Vaqif Novruzov noyabrın 12-də tutulub.

Noyabrın 11-də Xətai prospektində naməlum şəxs Beyləqan rayon sakini İlhamiz Əhmədovu bıçaqlamış və zərərçəkmiş KTM-ə yerləşdirilib. Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, Bakı şəhər sakini Emin Novruzov noyabrın 12-də yaxalanıb.