“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqı yekunlaşıb. İş üzrə şahidlərin və zərərçəkmişlərin dindirilməsi başa çatıb.
Şahidlərdən biri Səbuhi Əliyevin dindirilməsi isə məhkəmə istintaqı zamanı mümkün olmayıb. Çünki S.Əliyev bir müddətdir başqa bir dələduzluq cinayətində təqsirləndirildiyi üçün axtarışa verilib. Hələ də həmin şəxs tapılmayıb.
Tərəflər S.Əliyev dindirilmədən məhkəmə istintaqının tamamlanmasını təklif ediblər. Təklif qəbul edilib və çıxış etmək üçün prokurora söz verilib. Prokuror çıxışa hazırlaşmaq üçün hakimlərdən əlavə vaxt istəyib. Növbəti məhkəmə iclası iyunun 3-ə təyin olunub.
Əlizamin Səfərov Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq etmək) maddəsi ilə ittiham edilir.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər