“Delimitasiya prosesində referendum keçirilə bilər”

delimitasiya-prosesinde-referendum-kecirile-biler
Oxunma sayı: 2887

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası prosesində ölkədə referendumun keçirilməsi ehtimalını istisna etmir.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Paşinyan bu barədə Sünikdə Şinuayr kəndinin sakinləri ilə görüşündə danışıb. 

Onun sözlərinə görə, iki ölkə arasında ərazilərin mübadiləsinə dair məsələ yaranarsa, referendumun keçirilməsi ehtimalı var: “Düzgün anlamaq lazımdır, biz Azərbaycanla yeni sərhəd formalaşdırmırıq, sovet dövrünün sərhədlərini bərpa edirik”.