“Delimitasiya üzrə Komissiyanın yaradılmasına tez başlamaq lazımdır”

delimitasiya-uzre-komissiyanin-yaradilmasina-tez-baslamaq-lazimdir
Oxunma sayı: 975

“Moskva sərhədlərin delimitasiya və demarkasiyası məsələsində Bakı və İrəvana konsultativ kömək göstərməyə hazırdır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya XİN-in yaydığı məlumatda qeyd olunub.

Bildirilir ki, Azərbaycan və Ermənistan arasında sərhəddə vəziyyətin nizamlanması üçün də ardıcıl səylər göstərilir.

“Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli Komissiyanı mümkün qədər tez bir zamanda formalaşdırmaq və fəaliyyətinə başlamaq lazımdır. Delimitasiya və demarkasiya prosesinin işə salınmasında irəliləyiş, eləcə də regionda nəqliyyat və iqtisadi əlaqələrin açılması Bakı və İrəvan arasında münasibətlərin normallaşmasında əhəmiyyətli dərəcədə irəliləyiş əldə etməyə imkan verəcək”, - deyə məlumatda vurğulanıb.