“Delta” ştammı daha bir ölkədə qeydə alındı

delta-stammi-daha-bir-olkede-qeyde-alindi
Oxunma sayı: 1851

Qazaxıstanın paytaxtı Nur-Sultanda son sutka ərzində qeydə alınan koronavirusa yoluxma hallarının 56 faizi Hindistanda meydana gələn “Delta”  ştammının payına düşür.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Hökumət nəzdindəki “COVID-19” üzrə idarələrarası komissiya yeni növün yayılması ilə əlaqədar daha əvvəl yumşaldılmış karantin tədbirlərinin sərtləşdirilməsinə qərar verib.

Baş nazirin müavini Yeralı Tuqjanov 1 fevraldan bu günə qədər ölkəyə 7 milyon doza peyvənd gətirildiyini, bunlardan yalnız 4.6 milyon dozanın tətbiq olunduğunu bildirib.

Qeyd edək ki, son bir gündə ölkədə koronavirusa yoluxanların sayı 1496 artaraq 413.267-yə çatıb.