““Delta”ya yoluxanlarda burun axır, qızdırma olur”

deltaya-yoluxanlarda-burun-axir-qizdirma-olur
Oxunma sayı: 2706

““Delta” ştamı qrip və digər infeksiyalar kimi başlayır. Bu ştama yoluxan şəxslərdə burun axır, qızdırma olur və iybilmə-dadbilmə itə bilir”.

“Qafqazinfo” xəbər verir ki, bunu COVID-19 peyvəndləri mövzusunda keçirilən canlı yayımda - Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov bildirib. 

Onun sözlərinə görə, bu virusda inkubasiya dövrü daha qısadır. Xəstəlik daha qısa vaxt ərzində proqressivləşir. Yoluxuculuq qabiliyyəti də COVID-19-un digər ştamları ilə müqayisədə daha yüksəkdir. 

Gülnar Əliyeva