37 yaşlı kişi dəm qazından öldü

37-yasli-kisi-dem-qazindan-oldu
Oxunma sayı: 5574

Göyçayda 37 yaşlı kişi dəm qazından boğularaq ölüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərinin Rəsul Rza küçəsində qeydə alınıb.

Belə ki, Göyçay səhər sakini, 1984-cü il təvəllüdlü Həsənov Emin Kamil oğlu yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Tural Hüseynli