Bakıda dünən iki nəfər dəm qazından zəhərlənərək vəfat edib.
Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hər iki ölüm faktı Binəqədi rayonunda baş verib.
Aprelin 11-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində yaşayan Fidan Kərimova və Motodrom yaşayış sahəsində yaşayan İlham Rəhimov mənzillərində dəm qazından zəhərlənərək ölüblər.
Araşdırma aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər