Dəm qazından daha bir zəhərlənmə

dem-qazindan-daha-bir-zeherlenme
Oxunma sayı: 1854

Kürdəmirdə 60 yaşlı kişi dəm qazından zəhərlənib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Pirli kəndində baş berib. 

Kənd sakini, 1950-ci il təvəllüdlü Xəlil Əlhöküm oğlu Əhmədov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.

Huşsuz vəziyyətdə ailəsi tərəfindən tapılan X.Əhmədov rayon Mərkəzi Xəstəxanasına aparılıb, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli